Öz təcrübəmdə şahid oldum ki, doğurdan da Promethean lövhə həqiqətən də sinfin qabaqcılıdır və geniş qaynaqlara malikdir. İnformatika müəlliməsi kimi artıq lövhədə çox vaxt itirmirəm. Birbaşa kompüterdən lövhəyə verilir və barmağımı toxundurmaqla istənilən informasiya prosesini səmərəli bir vaxt ərzində şagirdlərə təqdim edirəm. Promethean lövhə ən yaxşı quraşdırılmış interaktiv texnologiyadır. Promethean lövhə ilə ilk dəfə tanış olan şagirdlərimdə böyük sevinc yaşandı. Şagirdlər bu sistemin həm əyləndirici, həm də öyrədici tərəflərinin olduğunu, bu şəkildə dərs keçməkdən çox zövq aldıqlarını bildirdilər.

19 Okt

Video

İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır.

6 May

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının
91-ci ildönümü ilə əlaqədar hazırladığım video

Video

Heydər Əliyev səmimi və humanist lider

4 May

Bu videoya bəlkə neçə dəfə baxmışam və hər dəfə baxdıqca daha da sevgim artır Ulu Öndərimizə, belə insan dünyaya bir daha gəlməz .Sadə, zarafatcıl, kəlimələr belə yetməz.

Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf dinamikası

4 May

Təsvir

Azərbaycan məktəbi keçid dövrünü yaşayırdı. İqtisadi, siyasi və mənəvi həyatdakı ziddiyyətlər onu böyük çətinliklər qarşısında qoymuşdu. Maarifə kifayət qədər vəsait ayırmaq hələ mümkün deyildi. Məktəblərin maddi bazası zəifləyirdi. Yüzlərlə maarif müəssisəsi, o cümlədən 855 məktəbəqədər uşaq müəssisəsi, 693 ümumtəhsil məktəbi, 85 musiqi məktəbi, 4 texnikum və 1 ali məktəb binası düşmən əlinə keçmiş, qarət edilmiş, dağıdılmışdı. Maddi vəziyyəti ağır olduğundan minlərlə müəllim maarif sistemini tərk etmişdi.

Müstəqil Azərbaycan Respublikası öz maarif sistemini yaratmalı, məktəb hakim-amirlik ideologiyası təzyiqindən xilas olmalı idi. Milli təhsil konsepsiyası həyata keçirilməyə başlandı. 1998-ci il martın 30-da Prezident Heydər Əliyevin sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası təşkil olundu. Dünya Bankı, milli və xarici ekspertlərin köməyi ilə Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramı hazırlandı və Prezident tərəfindən 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda Azərbaycan milli təhsil sisteminin strategiyası və konsepsiyası müəyyənləşdirildi. Burada təhsilin idarə edilməsində yeni prinsiplərin bərqərar olunması, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, dünya təhsil sisteminə inteqrasiyası və əsaslı şəkildə təkmilləşdirilməsi nəzərdə tutulurdu. Prezident Heydər Əliyev 2000-ci il iyunun 13-də “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərman verdi. 2000-ci ildə respublikada 111 min uşağı əhatə edən 1790 məktəbəqədər müəssisə fəaliyyət göstərirdi.

Orta məktəblər üçün orijinal dərsliklər, yeni dərs vəsaitləri, fənn proqramları hazırlandı. Alim və pedaqoqların səyi sayəsində qısa müddətdə ümumtəhsil məktəbləri üçün yeni “Azərbaycan tarixi”, “Ədəbiyyat”, “Azərbaycan dili”, “Coğrafiya” və digər bir çox dərslik çap olundu. Ali məktəblər üçün ilk dəfə “Azərbaycan tarixi” dərslikləri hazırlandı. Liseylər, gimnaziyalar yaradılmışdı. Xüsusi istedada malik uşaqlar üçün təmayülləşdirilmiş 225 məktəb (onlardan 7-si gimnaziya və 33-ü lisey) fəaliyyət göstərirdi

2002-ci il oktyabrın 4-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” Fərman verdi. 2003-2007-ci illərdə məktəb tikintisi, təmiri, məktəblərin müasir tədris avadanlığı ilə təchizi üçün konkret tədbirlər görülməyə başlandı.

Maarifin təşkilində mühüm yenilik 1992-ci ildən ali və orta ixtisas məktəblərinə qəbulun test üsulu ilə aparılmasının tətbiqi olmuşdu. Qəbul  sistemi getdikcə təkmilləşir, abituriyentlərin biliyini aşkara çıxarmağa imkan verən müasir vasitələr tətbiq olunurdu.

1993-cü ildən respublikanın ali məktəblərində (incəsənət, mədəniyyət, tibb və idman ixtisasları üzrə məktəblərdən başqa) çoxpilləli ali təhsil – dördillik bakalavr və ikiillik magistratura sistemi tətbiq olunmağa başlandı. 1997-ci ildə magistraturalara ilk qəbul keçirildi.

Prezident Heydər Əliyev 2001-ci ilin sentyabr ayında əlaçı ali məktəb tələbələrinə Prezident təqaüdü təsis etdi.

2000-2001-ci dərs ilində respublikada 43 ali məktəb fəaliyyət göstərir, onlarda 119,7 mindən çox tələbə təhsil alırdı

2002-2003-cü dərs ilində 10-dan artıq xarici ölkənin ali məktəblərində 882 nəfərdən çox azərbaycanlı tələbə təhsil alırdı. Respublikanın ali məktəblərində 2100 xarici tələbə oxuyurdu.

Təhsil müəssisələrində yeni təsərrüfat sistemi, bazar iqtisadiyyatı ilə bağlı tətbiqi elmlərin, xarici dillərin, informatikanın tədrisinə, kompüter savadının geniş yayılmasına diqqət artırılmış, beynəlxalq münasibətlər, beynəlxalq hüquq, politologiya, menecment, marketinq kimi ixtisaslar üzrə kadr hazırlığına başlanmışdı.

Respublikada qaçqın və məcburi köçkünlərin təhsil alması üçün münasib imkanlar yaradılmışdı.

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı xətti ilə çadır şəhərciklərində yüzlərlə yığma sinif otağı quraşdırılmış, minlərlə məktəbli dərs ləvazimatı ilə təmin olunmuşdu. YUNİSEF-in köməyi ilə qaçqın və köçkün uşaqları üçün 14 rayonda 35 Uşaq İnkişaf Mərkəzi yaradılmışdı. ARDNŞ və başqa müəssisələr qaçqın və köçkün məktəblərinin, onların şagirdlərinin təmin olunmasında fəal iştirak edirdi. Bu məktəblərdə 130 min şagird və tələbənin təlim-tərbiyəsi ilə 20 minə yaxın təhsil işçisi məşğul idi.

 

 

Video

Mausların tarixi haqqında

4 May

http://photopeach.com/album/14kw6iv

Bu resurs veb 2.0 alətlərindən olan Photo Peach də hazırlanıb.

Video

Promethean interaktiv texnologiyalarının tədrisdə tətbiqi

4 May

Edumedia-Azerbaijan şirkəti tərəfindən “Promethean interaktiv texnologiyalarının tədrisdə tətbiqi” təlimi nəticəsində yekun dərslərin nümayişi

Elektron lövhənin təhsildə rolu

4 May

   

Zaman sonsuzvə kəsilməz olduğundan, deyə bilərik ki, təhsilin əsasatributlarından, komponentlərindən biri sonsuz , kəsilməz , fasiləsiz olmasıdır. Bu odəməkdir ki ,insan  həyata gəldiyi gündən ölənə kimi təhsil sistemində iştiraketməlidir. Dəməli, prinsipcə təhsil fasiləsiz olmalıdır.

Müasir elm və texnikanın nailiyyətlərindən bacarıqla istifadə edə bilməyən xalqlar əsrin sürətindən çox geridə qalırlar,elm və texnikanın nailiyyətlərindən faydalanıb insanınfizikivə zehni əməyini yüngülləşdirmədən,səmərələşdirmədən hər bir xalq özü üçün yaxşı bir güzəran yaradabilməz, başqalarına möhtac olar.

Müdrik Çin mütəfəkkiri Konfusinin təbirincə “ Elm böyük həzz mənbəyidirvə insana bütün çətinliklərə qalib gəlməyə kömək edir.”

Yaşadığımız əsri əbəs yerə “ Təhsil əsri ”, “İntellekt əsri ”adlandırmayıblar. Müasir dövrün təhsil keyfiyyəti  məsələsi dünyanın qlobal problemlərindənbiridir. Buna görə də dövlətimizin quruculuğunda aparacı strateji istiqamətlərdən ən vacibi təhsil sahəsi sayılır. Təhsil sistemindəki islahatların dinamik inkişafı Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən müddəalar əsas konseptual ideyası və təməl prinsiplərini özündə ehtiva  edir. “Təhsil sistemində hər bir yeniləşmə inqilabi yolla deyil, təkamül yolu ilə həyata keçirilməlidir.Təhsil millətin gələcəyidir.

Həyat böyük bir prosesdir. Bu prosesdə uğurlu iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkminləşdirilməlidir bütün bunlar Azərbaycan təhsil işçilərin üzərinə düşən vəzifədir. Dünyanın hər yerində  təhsil sistemini moderinləşdirməyə çalışırlar ki,günün tələblərinə mümkün qədər yaxşı cavab versinlər.

Qeyd etmək lazımdır ki, ümumilikdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub.Müasir kurikuluma əsaslanaraq qurulan dərslərdə istifadə olunan interaktivlik yeni texnologiyalardan istifadə etməklə müəllimin məqsədə daha səmərəli yolla çatmağa nail olmağa imkan verir.Bizim məktəblər də zamanın tələbləri ilə ayaqlaşmalıdırlar. Kommunikasiya texnologiyaları son 25 ildə onların böyük potensialı inkişafı insanların həyat tərzini dəyişib.

Təhsil Nazirliyi təhsil sistemində elektron lövhələrin tətbiqini daha da genişləndirməyi qarşıya hədəf qoyub.İnteraktiv elektron lövhələrin tətbiq edilməsi müasir texnologiyaların tətbiqi ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.

Prometheanın qurucusu H.A.Canın   bu  işə başladığı 1977 ci ildən bu  dövrə qədər  ağıllı lövhələr sürətli bir şəkildə inkişaf etmişdir.  Dünyanın 80 –dən çox ölkəsində bu lövhələrdən istifadə olunur. Öz təcrübəmdə şahid oldum ki, doğurdan da  Promethean lövhə həqiqətən də sinfin qabaqcılıdır və geniş qaynaqlara malikdir. İnformatika müəlliməsi kimi artıq lövhədə çox vaxt itirmirəm.Birbaşa kompüterdən lövhəyə verilir və barmağımı toxundurmaqla istənilən informasiya  prosesini səmərəli bir vaxt ərzində şagirdlərə təqdim edirəm. Promethean lövhə ən yaxşı quraşdırılmış interaktiv texnologiyadır. 

Adi dərs sistemindən fərqli olaraq, kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə  yavaşca toxunmaqla onun üzərində  kompüterdə mümkün olan  bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. “Ağıllı” lövhə, həmçinin kompüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini “möcüzəli” ekranda izləyə bilərlər. Bu isə şagirdlərin nəzəri-metodoloji  biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə  tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır.

 Promethean  lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola bilər və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər.
İKT-nin imkanlarından tədrisdə uğurla istifadə edən müəllimlər qeyd edirlər ki, interaktiv rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir. Müəllim, əsasən, şagirdin konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. Elektron tədrisdə uşaqların hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır.
Bütün dərslərə əlaqədar olaraq təxmini 55 min materialı yaddaşında saxlayan bu lövhələr, təhsil ve tədrisdə dərsləri asanlaşdırır. Promethean  lövhələri dərslərində istifadə edən müəllimlər isə təhsildəki bu yeniliyin dərslərdə öyrədilən mövzuların daha yaxşı öyrənildiyini və şagirdlərin verilənləri rahat qavramalarını qeyd etdilər.  Promethean  lövhədə hazırlanmış bir dərsimdən nümunə :Image

Promethean  lövhə ilə ilk dəfə  tanış olan şagirdlərimdə  böyük sevinc yaşandı. Şagirdlər bu sistemin həm əyləndirici, həm də öyrədici tərəflərinin olduğunu, bu şəkildə dərs keçməkdən çox zövq aldıqlarını bildirdilər ve bu texnoloji imkanı onların istifadəsinə verən məktəb idarəsinə öz təşəkkürlərini bildirdilər.

 

 

MÜƏLLİM ÖZÜ ÜÇÜN DOĞULAR , ÖZGƏLƏR ÜÇÜN YAŞAR !

20 İyn

V.Höte demişdir ‘‘  Dərs  aldığımız  adama haqlı olaraq müəllim adlandırırlar.Ancaq  bizə dərs deyenlərin hamısı bu şərəfli ada laiq deyil ‘‘

Azərbayacan ziyalılığını böyük ləyaqətlə və yüksək elmi  səviyyədə təmsil edənlərdən biri

Nurəddin  Babayevin keçdiyi yol və onun çox cəhətli  fəaliyyəti həyat , insanlıq və yaratmaq eşqi dərsidir. Onun yaratdıqları ilə düşündükləri və yaşadıqları arasında təbii bir

tarazılıq  vardır.Ziyalılığın , halallığın və səmimiyyətin özünəməxsus  nümunəsinə malikdir.

Bütün bu insani keyfiyyətlərə görə , istedadı , işgüzarlığı , sadəliyi , təvazökarlığı , qayğıkeşliyilə , yoğrulmuş  tələbkarlığı ona həm iş yoldaşları arasında , həm də ictimaiyyətdə

böyük hörmət , rəğbət , nüfuzla yanaşı çoxlarına  qismət olmayan səmimiyyətlə yoğrulmuş

məhhəbət , sevgi qazandırıb. Həyat müəllimi , həyatşünas böyük qəlbli bir azərbaycançı,

Bütöv Azərbaycan idealarının  pərəstişkarı  idi.Onun kimi mənəvi təmizlik ölçüsünə

çevrilən insanlar  ürəklərdə , xatirələrdə əbədi yaşayır.

Əgər onun haqqında yazsaydım kitabın adını Qorkidən alınan bir sözlə -yəni  böyük hərflə

‘‘ İNSAN ‘‘qoyardım .

Onun  Tərcümeyi- halı bu  düsturla bitir öz namuslu əməyi ilə  həyat sürmək , öz sənəti ilə

yaşayıb ömrü başa vurmaq. Onun paklığı , ülviliyi   elə vətən kimi , torpaq kimiydi.

Nə yazıq ki , gəlimli –gedimli  dünyanın ölümlü ucu onun cismindən də yan ötmədi.

Bir təsəlli var ki, yenilikçi pedaqoq kimi  ömrü boyu öz sözünü dedi, yaratdı, özünə

laiq iz qoydu . Tanış- biliş yanında adını ucaldan xeyirxah əməlləri ilə sanki demək

istəyirdi ‘‘ MƏN BU HƏYATDA  OLMUŞAM ‘‘.

Nurəddin müəllim mətbuatla nəfəs alan adam idi. O illərdə hər bir mətbu orqanı Nurəddin Babayev imzasını öz səhifələrinə gətirməkdən fərəh duyardı. Özündən soruşanda ki, dünyada ən böyük arzunuz nədir, sakitcə, özünəməxsus təbəssümlə söyləyərdi: “Yazmaq, yazmaq, əlim tutduqca yazmaq. Qəlbimin bütün hərarətini, jurnalist bacarığının bütün imkanlarını vətənimizin, xalqımızın taleyinə həsr eləmək. Bundan böyük nə arzum ola bilər ki?!”.

Bu günkü Azərbaycan bir il əvvəlki Azərbaycan deyil. Bü günkü dünya bir il əvvəlki dünya deyil. İndi internetdə böyümüş, sosial şəbəkələrdə tərbiyə almış yeni nəsil var. Gəncliyə bütövlükdə cəmiyyətin  və ölkədəki ictimai ovqatın barometri kimi

baxılmalıdır.Ona görə də biz gənclər Nurəddin Babayevi unutmamalıyıq və həyat –yaradıcılığına  nəzər salaq .

Nurəddin Həsən oğlu Babayev (1921-1991) görkəmli yazıçı-jurnalist, alim, professor, publisist, Azərbaycanda Jurnalistika fakültəsinin əsas yaradıcılarından biri və ilk dekanı, yaşadığı dövrün incəsənət xadimləri sırasında uca zirvə tutmuş sənətkardır. Nurəddin Babayev Azərbaycan yazıçilar ittifaqının üzvü,oçerk və publisistika şurasının sədri, 1954-cü ildən SSRİ yazıçılar ittifaqının üzvü,oçerk və publisistika şurasının üzvü, Jurnalistlər ittifaqının üzvü və idarə heyyətinin katibi, Əməkdar incəsənət xadimi, Əmək və müharibə veteranı, onlarla mükafatlar laureatıdır.

Bioqrafiyası

Nurəddin Babayev 1921-ci il mart ayının 23-də Gəncə şəhərində anadan olmuşdur. Ziyalı ailəsində böyümüşdür (Atası-Həsən Babayev,Anası-Zəhra xanım Babayeva). Onun böyük əmisi Çar ordusunun generalı olmuşdur. Nurəddin müəllim uşaq yaşlarından Bakı şəhərinə köçmüş, hələ məktəb vaxtlarından istedadlı, məqsədəyönlü və iradəli gənc kimi həm müəllimlərinin, həm də yaşıdlarının hörmət və diqqətini qazanmış Nurəddin Babayev orta məktəbi yüksək nəticələrlə bitirmişdir. Ailənin yaxın dostu kimi Əhməd Cavadı misal göstərə bilərik. Nurəddin Babayevin ilk yaradıcıllıq fəalyyətində dahi şairimizin rolu böyük olmuşdur.

Dövrünün ən savadlı və gözəl qadınlarından olan Quliyeva Azərtac xanımla ailə həyatı qurmuşdur. Böyük Vətən müharibəsində ön cəbhələrdə vuruşmuş, ağır yaralanmış və baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır. ADU-nun(indiki BDU-nun)filologiya fakultəsinə daxil olmuşdur. Nurəddin Babayevə o dövrün məşhur ədibləri, mütəfəkkirləri dərs demişdir. Bu dahi pedaqoqlardan Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və s-nin Nurəddin müəllimin həyatında rolu olduqca güclü idi. Hətta zaman keçdikcə bu tələbə-müəllim münasibətləri çox dərin, gözəl ailəvi dostluq münasibətlərinə çevrilmişdir. Əlbəttə ki, bütün bunlar Nurəddin Babayevin həyatında fundamental rol oynayırdı.

Nurəddin müəllimin yaxın dost və silahdaşları Mir Cəlal Paşayev, Aslan Aslanov, Nəsir İmanquliyev, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Famil Mehdi və s. dahi yazıçı, pedaqoq, mütəfəkkirlər olmuşdur. Sözsüz ki, bu dostluq Nurəddin Babayevin yaradıcılığında öz güclü əksini tapıb, bu misilsiz, gözəl yaradıcılığı daha da dolğun və mənalı edir. Eyni zamanda Nurəddin Babayevin dostları arasında gürkəmli dövlət xadimləri Tofiq Bağırov, Rafiq Əsgərov, Kamal Bədəlov, Sabir Qasımov və s. olmuşdur.

1943-45-ci illərdə “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Azərbaycan müəllimi” qəzetində redaktor müavini, 1953-cü ildən isə “Uşaqgəncnəşirdə” baş redaktor və eyni zamanda olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.

Azərbaycanda jurnalistika fakultetinin olmaması (1928-ci ildən filologiya fakultəsi nəznində jurnalistika şöbəsi fəaliyyət göstərirdi) o dövr yetişən gənc nəsil jurnalistlər üçün çərçivələr yaradırdı. Nəhayət ki, 1969-cu ildə alim,yazıçılarımız və Nurəddin Babayevin səyləri başda olmaqla universitetdə “Jurnalisitika” fakultəsi yaradıldı. Eyni zamanda Jurnalistlər ittifaqının təşkilində Nurəddin müəllimin rolu olduqca böyük və məhsuldar olmuşdur.

Dəfələrlə müxtəlif elmi, mədəni, ictimai işlər və proyektlər ilə əlaqədar Fransa, Kuba, Bolqarıstan, Finladiya, SSRİ respublikalarında və s. ölkələrdə olmuşdur. Eyni zamanda bu ölkələrdə də məqalə və əsərləri çap olunmuşdur. Ömrünün sonuna qədər öz misilsiz pedaqoqik, jurnalistika, yazıçılıq məharəti və təcrübəsi ilə tələbələri ilə bölüşür, onların elmi, mədəni sahədə möhkəmlənməsinə şərait yaratmış və dövrünün əsərləri, məqalələri ən çox çap olunan yazıçısı olmuşdur.

1991-ci il sentyabr ayının 25-i dahi pedaqoq, jurnalist və yazıçı Nurəddin Babayev uzun sürən xəstəlikdən sonra vəfat etdi. Sentyabr ayının 27-si onlarla məşhurlarımız və görkəmli yazıçının ailə və qohumlarının iştirakı ilə BDU-da keçirilən vidalaşma mərasimdən sonra 2 Fəxri Xiyabanda torpağa tapşırıldı.

Ədəbi Yaradıcılığı

Nurəddin Babayevin yaradıcılığı olduqca çoxşaxəli xarakter daşıyır. Nurəddin müəllimin bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunmuşdur. Ədəbi fəaliyyətə 1939-cu ildə başlamış, bundan sonra məqalə, oçerk və hekayələri tez-tez müxtəlif qəzetlərdə dərc edilirdi.”Əbədi qəhrəmanlıq” adlı ilk kitabı 1945-ci ildə çap olunmuşdur. Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusilə diqqətə layiq olub, çox qiymətlidir. Nurəddin Babayevin bu kitabları gənclər üçün stolüstü kitab olmaqla yanaşı hər bir zaman, hər bir gənc üçün tərbiyəvi, əxlaqi nəsihətlərlə, vacib və əvəz olunmaz əsl həyat təcrübəsi ilə zəngin xəzinələrdir. Bu əsərlərdən “Oğluma məktublar”, “Qızlar söz istəyir”, “Qızlar,sözüm sizədir”, “İşıq və məhəbbət”, “Ürəklər bir olanda” xüsusi diqqətə layiq olub gənc nəsil üçün çox dəyərlidir. “Oğluma məktublar” (“Qızıl qələm mükafatı”) əsərində olduqca səmimi və nümunəvi ata-oğul münasibətlərini görə bilərik. Bu əsər Bolqarıstanda “Ədəbiyyat” dərsliyinə daxil edilmişdir. Nurəddin müəllimin bu qəbildən əsrləri böyük məna ilə dolğun olub və saf milli tərbiyəvi ruhda yazılmışdır. Nurəddin Babayev “Biz Azərbaycandanıq”, “Ürəyimdə sözüm var”, “İzləri itirmirik” kitablarında isə sadə və səmimi insan həyatlarından bəhs edib insan həyatının keşməkeşlərlə dolu olduğu haqda yazır və bu kitablarda məhz ağır həyat anlarında insanın layiqli qərarlar vermək, başını uca tutmaq, vətənə, ailəyə sadiq olmaq kimi məsələlərə toxunur.

Moskvada böyük tirajla çap olunan “Звезды не гаснут” (“Ulduzlar Sönmür”) və “На дорогах жизни” (“Ömür Yollarında”) əsərləri geniş oxucu kütləsi tərəfindən alqışla və müəllif şəxsiyyətinə böyük rəğbətlə qarşılandı. Nurəddin müəllimin əsərləri daima xalqımızın sevimli əsərlərindən olub, ictimayətimizə olduqca güclü və müsbət təsir göstərib.

Povestlər

  • “Yanar Ürək” 1964-1965
  • “Bahar ürəkli insan”
  • “Qardaşlar”
  • “Səni unutmuruq”
  • “Daşkəsən”
  • “Hər şey hazırdır”-1943-1945
  • “Qardaş dastanı”, “Böyük arzular”-1943
  • “Ölməz qəhrəman”-1945
  • “Xəzərin sahilində”
  • “Böyük kədər”
  • “Bir gəncin romantikası”-1948-1949
  • “Bir gecənin faciəsi”
  • “Həyat yollarda”
  • “Odlu günlərin qəhrəmanı”
  • “Müəllimin xatirələri”
  • “Məhəbbət körpüsü”

Ömrünün yalnız son 25 ili ərzində Nurəddin Babayevin Azərbaycanın ən qabaqcıl qəzet və jurnallarında 1500-ə qədər oçerk və publisistik məqalələri çap olunmuşdur.

  • “Uşaq və pul”,”Gərək ailə dağılmasın”
  • “Gənclik və bahar”,”Əməllər,arzular,düşüncələr”-1959
  • “Söz valideynlərindir”
  • “Paxıl və paxıllıq haqqında”
  • “Bəstəkar Fikrət Əmirova açıq məktub”,”sevinc məktubu”
  • “Nankorluq nədən doğur”-1975
  • “Bu da adətdir”,”Təəssüf”
  • “Ac qalardı yaltaqlar”-1985
  • “Gənc bəstəkar”,”Sənətkar ürəyi”-1953
  • “Baş qəhrəman”,”Azərbaycan gəncləri”,”Ədəbiyyat və İncəsənət”-1960
  • “Həqiqət yollarında”-1962
  • “Tamaşaçıya lazım olan tamaşa”-1962
  • “Səhnəyə komediya gəlir”,”Müasirlərimizdən yazarkən”-1962
  • “Müasirlərimizin portreti”
  • “Разведчик нашей литературы”

ONUN   ƏBƏDİYAŞAR  RUHU BİZİMLƏ QALACAQ !!!

20 il Çingiz Mustafayevsiz..

15 İyn
 
 

Çingiz hələ ölümündən əvvəl milyonlarla azərbaycanlının ürəyində və beynində Milli Qəhrəman kimi həkk olunmuşdu

Qısa həyatı və hətta öz ölümü ilə Çingiz Mustafayev “vətənpərvərlik – dəbdə deyil” kimi fikirləri alt-üst etdi. Çingiz “vətənpərvər” sözünün həqiqi mənasını özünə qaytardı. Əgər onun kimiləri daha çox olsaydı, kim bilir, bəlkə də biz Qarabağı itirməzdik…   O bizim yaddaşımızda elə belə də qaldı – tikə-tikə edilmiş Xocalı körpələrinin nəfəssiz bədənləri üzərində ağlayan Çingiz Mustafayev. Bu, onun ermənilər tərəfindən törədilən qanlı faciə yerində çəkdiyi ilk kadrlar idi. Bütün dünyanı gəzən və erməni separatçılarının vəhşiliyini nümayiş etdirən ilk kadrlar. Yəqin ki, Çingiz elə onda milyonlarla azərbaycanlının ürəyində və beynində Milli Qəhrəman kimi həkk olundu.   Görəsən, Çingiz ömrünün sonuna necə az qaldığını bilsəydi… Yox, o, müharibənin az hiss edildiyi şəhərdə gizlənməzdi, təhlükəli cəbhə müxbiri peşəsindən əl çəkərək artıq tanınmış jurnalist kimi qalmağı üstün tutmazdı. O, Qarabağın taleyi həll olunan, əsgərlərin həlak olduğu, qadın və uşaqların ermənilər tərəfindən girov götürüldürü cəbhəyə doğru can atırdı.   Əgər o bilsəydi… Qorxmadan demək olar ki, o, heç bir təhlükəyə baxmadan ölkəsinin taleyi həll olunan cəbhəyə yenidən qayıdardı. Çingiz Mustafayev təhlükə riskinin nə qədər böyük olduğunu çox yaxşı başa düşürdü, amma həmin vaxt Bakıda hakimiyyət uğrunda mübarizə aparan yalançı vətənpərvərlərdən fərqli olaraq özünü qırağa çəkmədi.   Çingiz üçün Vətən, Azərbaycan anlayışı yəqin ki, “ana”, “həyat”, “ailə” sözlərinin daşıdığı məna ilə bir idi. Onları satmaq olarmı? Məhz buna görə də Çingiz əsgərləri geri çəkilməməyə, vicdana çağırmaq üçün son nəfəsinə qədər qışqırırdı: “Kişisiniz yoxsa, yox?”. Şərq kişisi üçün onun cəsarətini şübhə altına almaqdan o yana heç bir təhqir yoxdur. Kim bilir, bəlkə də bu, onun artıq tarix qarşısında qoyduğu məsələdir. Geri çəkilən əsgərlərə çağırışı ilə o, doğma torpağı müdafiə etməyə kömək etdi. Çingiz Azərbaycana lazımdır. Gün gələcək ki, itirilmiş torpaqlar uğrunda döyüşmək lazım gələcək. Bax onda qorxusuz və məzəmmətsiz arxası ilə digərlərini aparan onlarla, yüzlərlə Çingiz lazım olacaq.   Bu gün Azərbaycanda Çingiz Mustafayev adına radiostansiya, Çinfiz Mustafayev adına fond fəaliyyət göstərir. Amma Çingizin özü yoxdur- 20 il bundan əvvəl o, bizi əbədi olaraq tərk edib.

ANS Press

 

Cəmiyyət

6 İyn

Fələyə qarşı getmək mümkün olmadığı kimi, cəmiyyətə , ictimai  rəyə qarşı  getmək də çətindir.

İnsan nə  vaxtsa məhz istədiyi kimi, öz daxili mənəvi  tələblərinə uyğun yaşaya

bilmək üçün hələ uzun müddət cəmiyyətin ,mühitin istəkləri ilə hesablaşmalıdır.

Cəmiyyətdən uca dayananları sevmirlər.Hamının əyri olduğu cəmiyyətlərdə

məhz düz adamlar əyri görünürlər.

Normal cəmiyyət o cəmiyyətdir ki, orda hərə məhz öz yerini tapa bilir.

Məhz hərə öz yerində olanda, boş qalan yerlər özü mütəxəssisi,istedadı səsləyir və istedad üçün yol açılmış olur.Belə bir ifadə  var:İstedadlıya kömək edin,      istedadsız onsuz da özünə yol tapacaq.